Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pakistandan uğurlu ballistik raket sınağı: Məqsəd açıqlandı

Pakistan “Şahin-III” uzaqmənzilli “yer-yer” ballistik raketini sınaqdan keçirib.

Pakistan Müdafiə Nazirliyi sınağın uğurla başa çatdığını açıqlayıb.

Bildirilib ki, məqsəd silah sisteminin müxtəlif konstruktiv və texniki parametrlərinin yenidən sınaqdan keçirilməsi olub.

Qeyd edək ki, "Şahin-III" raketi nüvə və adi döyüş başlıqlarını daşımaq qabiliyyətinə malikdir. Onun uçuş məsafəsi 2750 km-dir.