Pakistanda silahlı şəxslər maşınlara hücum edib - 51 nəfər öldürülüb
26 Avqust 2024
Pakistanın Bəlucistan əyalətində silahlıların avtomobil yollarına və polis məntəqələrinə hücumları nəticəsində 51 nəfər həlak olub.
“Bu hücumlar Pakistanda anarxiya yaratmaq üçün yaxşı düşünülmüş plandır. Təhlükəsizlik qüvvələri 12 yaraqlını öldürüb”, - daxili işlər naziri Möhsin Nəkvi bildirib.
“Geo TV”-nin məlumatına görə, avqustun 26-da səhər saatlarında silahlı şəxslər magistral yolu bağlayıb, sərnişinləri avtobus və yük maşınlarından düşürüblər. Qeyd olunub ki, silahlılar 10-a yaxın avtomobili də yandırıblar. Hadisə yerinə polis və xüsusi xidmət orqanlarının əməkdaşları cəlb edilib.
***
Pakistanın cənub-qərbində silahlı şəxslər ən azı 22 nəfəri maşınlardan endirərək etnik mənsubiyyətlərini yoxladıqdan sonra öldürüb.
Bu barədə AFP məlumat yayıb.
Bildirilib ki, Pəncabı Bəlucistanla birləşdirən magistral yolda silahlı şəxslərin bir neçə avtobus, yük maşını və mikroavtobusu saxlaması nəticəsində azı 22 nəfər ölüb, 5 nəfər yaralanıb.
Öldürülənlər arasında 19 pəncablı və 3 bəluc var.