Logo
news content
User
Kateqoriyalar

Xəbər

Özü zədə aldı, evini oğrular qarət etdi - Benzema üçün ağır gün

“Real”ın futbolçusu Kərim Benzema xoşagəlməz hadisə ilə üzləşib. Fransalı hücumçunun evi qarət olunub.

Forvard “Real”ın “Elçe” ilə oynadığı vaxt oğrular onun evinə giriblər. Cinayətkarlar evin bağından içəri daxil olublar. Hadisə zamanı orada heç kim olmayıb. Oğruların evdən nə apardığı açıqlanmır.

Qeyd edək ki, “Elçe” ilə 2:2 hesabı ilə başa çatan matçda penaltini qaçıran Kərim 58-ci dəqiqədə zədə səbəbindən əvəzlənib. (Apasport)