Logo
news content
User
Kateqoriyalar

Xəbər

Özləri gedəcəklər, yoxsa... Laçındakı ermənilərin bəziləri "döyüşə" hazırlaşırlar


Erməni mediasının yaydığı məlumata görə Laçın şəhəri və Zabux kəndindən erməni əhalinin köçürülməsi davam edir.





Sakinlərin həmin əraziləri tərk etməsi üçün avqustun 25-dək vaxt verilib.





Tanınmamış "Dağlıq Qarabağ Respublikasının Təhlükəsizlik Şurasının" sədri Vitali Balasanyanın azərbaycanlı rəsmi şəxslərlə birgə Laçına səfər etdiyi və sakinlərlə görüşdüyü də bildirilir.




Erməni mətbuatının yazdığına görə bu barədə Laçında yaşayan erməni sakinlər danışıblar.





Aravot saytı sakinlərdən birinə istinadən yazıb ki, Vitali Balasanyann azərbaycanlı rəsmilərə evləri göstərib və onları əmin edib ki, heç kim onları yandırmayacaq və dağıtmayacaq.





Sosial mediada yayılan xəbərlərə görə isə bəzi sakinlər öz evlərini tərk etməkdən imtina ediblər və döyüşə hazır olduqlarını bildiriblər.





Ermənistan Demokratik Birlik partiyasının sədri Suren Petrosyanın Zabux kəndindən çəkdiyi iddia olunan videoda o, sakinlərin kəndi tərk etmədiyini və heç bir soyğunçuluğun da baş vermədiyini bildirib.





O həmçinin bildirib ki, "kənd sakinlərinə kömək etmək istəyən şəxslərdən çoxlu müraciətlər gəlir".





Azərbaycan bəyan edib ki, "Laçın dəhlizinə alternativ" yeni yolda işlər yekunlaşan kimi Rusiya sülhməramlı qüvvələrinin həmin yola keçirilməsi nəzərdə tutulur.





Ermənistan iyulun 29-da həmin yolun öz ərazisinə düşən hissəsinin - Teğ-Kornidzor yolunun yenidən qurulması üzrə işlərə avqust ayında başlayacağını bildirib.


https://www.youtube.com/watch?v=AL0UF-LxAOM