Logo
news content
User
Kateqoriyalar

Xəbər

Özgür Özel yenidən CHP-nin sədri seçilib

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) növbədənkənar qurultayı keçirilib.

“TRT Haber” xəbər verir ki, qurultayda partiya sədrliyinə seçkilər baş tutub.

Səsvermənin nəticələrinə əsasən, hazırkı sədr Özgür Özel 917 seçicidən 835-nin (82 səs keçərsiz sayılıb) səsini qazanaraq yenidən partiyanın lideri seçilib.

O, seçkiyə yeganə namizəd kimi qatılmışdı.