Özgür Özel CHP ilə vidalaşdı - Yeni partiya yaradılır
22 İyul 2026
Cümhuriyyət Xalq Partiyasının (CHP) qrup rəhbəri Özgür Özel toplantıda sonuncu dəfə kürsüyə çıxaraq silahdaşları ilə vidalaşıb.
Bu barədə "Hürriyet" məlumat yayıb. Qrup toplantısında çıxış edən Özgür Özel yeni siyasi partiyanın yaradılacağını da bəyan edib.
"Yeni partiyamızı qururuq. Texniki prosedurların ardınca yeni siyasi partiyamızı təsis edirik. Sabah bunun üçün ilk addımı atacağıq. Bu gün bu kürsü ilə vidalaşarkən ana müxalifət partiyasının qrup kürsüsünü qətiyyən tərk etmirik", - deyə o, çıxışında bildirib.