Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Oskar"ın mükafatlandırma mərasimi keçirilib

ABŞ-ın Los-Anceles şəhərindəki 94-cü "Oskar"ın mükafatlandırma mərasimi başa çatıb.

Ümumilikdə 23 nominasiya üzrə qalib müəyyənləşib.

Mərasimdə ən çox diqqət çəkən rejissor Denis Villenövün "Dune" filmi namizəd olduğu 10 nominasiyadan 6-nı qazanıb.

"İlin ən yaxşı" filmi nominasiyanda "CODA" filmi qalib gəlib. Jessica Chastain ("The eyes of tammy faye") "Ən yaxşı aktrisa", Uill Smit ("King Richard") "Ən yaxşı aktyor" seçilib. Bundan əlavə, Billie Eilish və Finneas O'connell ("No time to die") "Ən yaxşı orijinal mahnı", Jane Campion ("The power of the dog") "Ən yaxşı rejissoru" nominasiyasında qalib elan olunub.

mükafatlandırma mərasimində ümumilikdə 23 nominasiya üzrə qaliblər müəyyənləşib. Həmin qalib nominasiyalar aşağıdakılardır:

Ən yaxşı köməkçi aktyor
Troy Cotsur - "CODA"

Ən yaxşı köməkçi aktrisa
Ariana Debose - "West side story"

Ən yaxşı xarici dildə film
"Drive my car" - Yaponiya istehsalı

Ən yaxşı orijinal ssenari
"Belfast" - Kenneth Branagh

Ən yaxşı uyğunlaşdırılmış ssenari
"CODA" - Sian Heder

Ən yaxşı orijinal musiqi
Hans Zimmer - "Dune"

Ən yaxşı səs effekti
"Dune"

Ən yaxşı montaj
"Dune"

Ən yaxşı vizual effekt
"Dune"

Ən yaxşı operator işi
Greig Fraiser - "Dune"

Ən yaxşı istehsal dizaynı
"Dune"

Ən yaxşı sənədli film
"Summer of soul" (When the revolution could not be televised)

Ən yaxşı qısametrajlı sənədli film
"The queen of basketball"

Ən yaxşı cizgi filmi
"Encanto"

Ən yaxşı qısametrajlı cizgi filmi
"The windshield wiper"

Ən yaxşı qısametrajlı film
"The long goodbye"

Ən yaxşı makiyaj və saç düzümü
"The eyes of Tammy Faye"

Ən yaxşı kostyum dizaynı
Jenny Beavan - "Cruella"

Qeyd edək ki, bu il mükafat tarixində ilk dəfə olaraq 8 nominasiya üzrə qalib mərasim başlamazdan əvvəl elan olunub.

Həmçinin mərasimdə Ukraynada baş verən hadisələr vurğulanıb və həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.