Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Oskar” mükafatında yeni qayda - Filmi biz müəyyən edə bilərik

“Oskar” mükafatının təqdimetmə mərasimində ilk yaşanacaq.

Bu dəfə filmlərdən biri tamaşaçıların səsverməsi nəticəsində qalib elan olunacaq.

Tviterdə keçirilən səsvermə artıq başlayıb. 2021-ci ildə işıq üzü görmüş istənilən filmə #OscarsFanFavorite həştəqi vasitəsilə səs vermək mümkündür.

Qeyd olunub ki, səsvermədə iştirak edən 5 nəfərə kinoteatrlara bir illik pulsuz biletlər, striminq servislərinə abunə və Kino Sənəti Akademiyası Muzeyindən suvenirlər, 3 nəfərə isə Los-Ancelesə səyahət ödənişi daxil olmaqla, “Oskar-2023” mükafatının təqdimetmə mərasiminə dəvətnamə hədiyyə olunacaq.

Qeyd edək ki, “Oskar” mükafatının builki təqdimetmə mərasimi martın 27-də baş tutacaq.