Logo
news content
User
Kateqoriyalar

Xəbər

Orta əsrlərə doğru irəli... - Taliban Əfqanıstanda şəriət qanunlarına keçir


Taliban lideri Heybətullah Axundzadə əfqan hakimlərinə şəriət qanunlarına uyğun olaraq hökm çıxarma təcrübəsini həyata keçirməyi tapşırıb. Belə ki, soyğunçuluq, adam oğurluğu və fitnə kimi cinayətlərə görə günahkarlar ictimai formada daşqalaq edilməklə və bədən üzvlərinin kəsilməsi ilə cəzalandırılacaqlar.





Talibanın sözçüsü Zabihullah Mücahid bazar ertəsi günü Twitter hesabında bildirib ki, hakimlərə cinayətlərdə müqəddəs islam qanunlarının pozulması əlamətlərini diqqətlə müəyyən etmək tapşırılıb. "Xüsusi ilə bu, oğrular, adam oğurluğu edənlər və üsyançılara şamil olunur"-deyə, məlumatda qeyd olunur.





Əslində, Taliban yeni heç nə tətbiq etmir, sadəcə 1996-2001-ci illərdə hakimiyyətə gəldikdən sonra əməl etdiyi təcrübəyə qayıdır. Həmin dövrdə də onlar amansız ictimai edamlar tətbiq edirdilər.





O vaxtlar ümumilikdə şəriət qaydalarını dəstəkləyən bir çox əfqanı onlardan uzaqlaşdıran amil də elə bu olmuşdu.





Ümumiyyətlə, Əfqanıstanda 20 il ərzində mövcud olan xarici kontingentin çıxarılmasından sonra ölkədə zorakılığın səviyyəsi azalıb.





Tamamilə təcrid olunmuş qadınlar





Əslində, ötən ilin avqustunda NATO qüvvələri Əfqanıstandan çıxarıldıqdan sonra ölkədə hakimiyyətə qayıdan Taliban bu dəfə daha mülayim hökmranlıq edəcəyinə söz versə də, əməldə istənilən azadlıqları, xüsusən də qadınların hüquqlarını boğur.





Ötən həftə onlar qadınların Kabil parklarına getməsinə qadağa qoyub, onları ictimai həyatdan daha da təcrid ediblər.










An Afghan man stands in an amusement park in Kabul, Afghanistan, November 9, 2022





Ötən həftə Kabildə qadınların bütün parklara və lunaparklara girişi qadağan edilib



İctimai hamamlara və idman zallarına giriş artıq cinsiyyətə görə bölünsə də, ötən həftə həmçinin paytaxt sakinlərinə bu yerlərə giriş də qadağan edilib.





İndi bu yerlər əfqanlar üçün tamamilə əlçatmazdır. Taliban tam qadağanı belə yerlərdə qadınların olmasının islam qanunlarına uyğun gəlməməsi ilə izah edir.





Qadınlara kişi müşayiəti olmadan uzun məsafələrə səyahət etmək də qadağandır.





Taliban hərəkatının (dünyada terrorçu kimi tanınan və qadağan olunmuş hərəkat) onlara təhsillərini davam etdirməyə icazə verəcəyinə dair vədinə baxmayaraq, yeniyetmə qızlar hələ də ölkənin əksər hissəsində məktəbə qayıtmayıb.





Yalnız bir neçə qadın səhiyyə və təhsil kimi sahələrdə işləməyə davam edir; Taliban hakimiyyətə qayıtdıqdan sonra onların əksəriyyəti işə getmir.





Bu ilin mayında həmçinin əfqan qadınları ilə bağlı onlara üzləri görünərək küçəyə çıxmağı qadağan edən fərman verilib.





Kabildə qadınlar öz hüquqlarını müdafiə etmək üçün bir neçə dəfə etiraz aksiyası keçirib, onların bəziləri şiddətli döyülüb.





Əfqanıstanda müxalifət nümayəndələri, jurnalistlər, Qərb təşkilatlarının keçmiş əməkdaşları və NATO qoşunları ilə əməkdaşlıq etmiş tərcüməçilər də amansız təqiblərə məruz qalır.





Əfqanıstanın xaricdə saxlanılan milyardlarla dollar aktivləri dondurulub. Beynəlxalq ictimaiyyət Talibandan Əfqanıstanda təhlükəsizlik və insan haqları ilə bağlı vədlərinə əməl etməyi tələb edir.