Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ordumuz antiterror əməliyyatı keçirib: Düşmənin artilleriya hərbi hissəsi və azı bir post məhv edilib

Azərbaycan Ordusu Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə qarşı antiterror əməliyyatı keçirib.

Nəticədə 4 erməni terrorçusu məhv edilib, 15-i yaralanıb.

Əməliyyat çərçivəsində terrorçuların gizləndikləri sığınacaq və mövqelərə zərbələr endirilib, silah-sursat anbarları sıradan çıxarılıb.

“Caliber”in məlumatına görə, Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində erməni terrorçu qruplaşmalarına qarşı həyata keçirdiyi cəza tədbirləri nəticəsində Kəlbəcər rayonunun Heyvalı kəndində artilleriya hərbi hissəsi və azı bir post məhv edilib.

Qanunsuz silahlı dəstələrin üzvləri arasında xeyli sayda ölənlər və yaralananlar var.

Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.