Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Ordenini al, get!" - Putin Vahid Ələkbərovu təltif etdi

Rusiya Prezidenti Vladimir Putin Rusiyanın “Lukoyl” neft-qaz şirkətinin keçmiş rəhbəri Vahid Ələkbərovu I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Müvafiq sərəncam rəsmi hüquqi informasiya portalında dərc olunub.

“Rusiya Federasiyasının dövlət mükafatları ilə təltif edilməsi haqqında... Vahid Yusif oğlu Ələkbərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunur”, - sənəddə deyilir.

Mükafatın iş adamına dövlət qarşısında xidmətlərinə, yanacaq-energetika kompleksinin inkişafına böyük töhfəyə və uzun illər vicdanlı əməyinə görə verildiyi qeyd edilib.