Logo
news content
User
Kateqoriyalar

Xəbər

Orban deputat mandatından imtina edib

Macarıstanın Baş naziri Viktor Orban "FİDES - Macarıstan Vətəndaş İttifaqı" koalisiyasının lideri olaraq qalmaqla deputat mandatından imtina etmək qərarına gəlib.

Bu barədə Orban videomüraciətində bildirib.

"FİDES və Xristian-Demokrat Xalq Partiyasının tərkibində olduğu koalisiya siyahısının birinci nömrəsi kimi aldığım mandat, əslində FİDES-in parlament mandatıdır, buna görə də mən ondan imtina etmək qərarına gəldim. İndi mən parlamentdə deyil, milli partiya hərəkatının yenidən təşkil edilməsi üçün lazımam", - o bildirib.

Orban qeyd edib ki, FİDES-in idarə heyəti ona partiya sədri kimi işini davam etdirməyi təklif edib və iyun ayında öz ümummilli qurultayını keçirmək niyyətindədir. "Əgər qurultay mənə etimad göstərərsə, mən bu vəzifəni yerinə yetirməyə hazır olacağam", - Orban vurğulayıb.

Xatırladaq ki, aprelin 12-də keçirilən parlament seçkilərinin yekunlarına əsasən, müxalif "Tisa" partiyası parlamentdəki 199 yerdən 141-ni əldə edib, hakim "FİDES" partiyası isə məğlubiyyətə uğrayaraq 52 yer qazanıb.

Qalib gələn "Tisa" partiyasının lideri Peter Madyar mayın 9-da rəsmən Macarıstanın Baş naziri vəzifəsinin icrasına başlayacaq.