Logo
news content
User
Kateqoriyalar

Xəbər

OPEC-in Baş katibi vəfat edib

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo vəfat edib.

Bu barədə Nigeriyanın Milli Neft Korporasiyasının rəhbəri Mallam Mele Kyari öz “Twitter“ səhifəsində yazıb. Onun ölüm səbəbi hələlik məlum deyil.

63 yaşlı Məhəmməd Barkindo 2016-cı ilin avqustundan OPEC-in baş katibi səlahiyyətlərini icra edirdi.