Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Omicron”un Britaniyada 1, Çində isə 6 yeni növü aşkarlandı

Böyük Britaniyada koronavirusun “Omicron” XE ştammının yeni mutasiyası aşkar edilib.

Britaniya Səhiyyə Agentliyinin məlumatına görə, onun əvvəlki variantlardan nə qədər yoluxucu olduğu barədə nəticə çıxarmaq hələ tezdir.

Hazırda “Omicron” XE-nin rekombinant adlanan BA.1 və BA.2 ştammlarının mutasiyası öyrənilir.

Agentlikdən bildirilib ki, martın 22-nə olan məlumata görə, krallıq ərazisində artıq 637 yoluxma hadisəsi aşkar edilib.

Çində isə "Omicron"un yeni alt növü müəyyən edilib.

"Bloomberg"in məlumatına görə,  yeni növlər BA.1.1 "omikron" ştamının qoludur.

Bildirilib ki, yeni açkarlanan növlər əvvəllər müəyyən edilmiş digər koronavirus variantlarına uyğun gəlmir.