Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ölkəyə 534 milyon, ölkədən 238 milyon...

Bu ilin I yarısında Azərbaycana xaricdən 533,9 milyon ABŞ dolları, Azərbaycandan xaricə isə 238,1 milyon ABŞ dolları pul köçürülüb.

Bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

O qeyd edib ki, hesabat dövründə Azərbaycana ən çox pul baratı Rusiya (214 milyon ABŞ dolları), Türkiyə (87,8 milyon ABŞ dolları), ABŞ (52,1 milyon ABŞ dolları), Böyük Britaniyadan (18,8 milyon ABŞ dolları) və Birləşmiş Ərəb Əmirliklərindən (18,5 milyon ABŞ dolları) daxil olub.

Bundan başqa, onun sözlərinə görə, yarım il ərzində ölkədən xaricə köcürülən pul baratlarının həcminə görə isə ilk 5-likdə Türkiyə (68 milyon ABŞ dolları), ABŞ (40 milyon ABŞ dolları), Rusiya (22,1 milyon ABŞ dolları), Gürcüstan (13,8 milyon ABŞ dolları) və Böyük Britaniya (12,3 milyon ABŞ dolları) qərarlaşıb.