Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ölkədə yanacaq qıtlığı varmı? - Açıqlama

Sosial şəbəkələrdə ölkədə müxtəlif növ yanacağın satışında problemlərin yaranması ilə bağlı məlumatlar yayılıb.

"SOCAR PETROLEUM" QSC məsələ ilə bağlı açıqlama yayıb.

Qurumun mətbuat katibi Üzeyir Həbibbəyli bildirib ki, hazırda ölkədə hər hansı yanacaq növünün satışı ilə bağlı problem yoxdur.

"Bildiririk ki, hazırda ölkədə hər hansı yanacaq növünün satışı ilə bağlı problem yoxdur. Bütün yanacaq növlərinin satışı adi qaydada həyata keçirilir", - deyə Ü.Həbibbəyli qeyd edib. (Trend)