Oleksiy Arestoviç Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri postundan azad edildi - FOTO
17 Yanvar 2023
Ukrayna Prezident Ofisi Aleksey Arestoviçin ştatdankənar müşavir vəzifəsindən azad edilməsi barədə ərizəsini təsdiqləyib.
Bu barədə Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov açıqlayıb.
Onun sözlərinə görə, Ukrayna Prezident Aparatının rəhbəri Mariya Vituşok Arestoviçin vəzifədən azad edilməsi ilə bağlı müvafiq sərəncam imzalayıb.
***
Ukrayna Prezident Ofisi başçısının müşaviri Oleksiy Arestoviç istefa verib.
UNIAN xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində məlumat yayıb.
O, bununla bağlı Ukrayna Prezident Ofisinin başçısı Andrey Yermaka ərizə ilə müraciət edib.
Qeyd edək ki, Ukraynanın Dnepr şəhəri yanvarın 15-də Rusiya tərəfindən raket hücumuna məruz qalıb. Bu hücum nəticəsində 40-dan çox şəhər sakini ölüb. Onun həmin hadisə ilə bağlı məlumatın yayılmasında ölkənin təhlükəsizliyinə ziyan vuracaq şərh verdiyi iddia olunur. Ukrayna Ali Radasının deputatları Oleksiy Arestoviçin istefası ilə bağlı imzatoplama kampaniyasına başlamışdı.
O.Arestoviç 1975-ci il avqustun 3-də Gürcüstanın Tsiteli-Tsikaro bölgəsində anadan olub. 2020-ci il dekabrın 20-dən Ukrayna Prezident Ofisi başçısının müşaviri vəzifəsində işləyir.