Logo
news content
User
Kateqoriyalar

Xəbər

Olan onlara oldu - 32 milyard dolar ziyan

Rusiyanın 23 ən varlı iş adamının sərvəti Ukraynada münaqişənin kəskinləşməsi fonunda 32 milyard dollar azalıb. 2022-ci ildə sərvətinin təxminən üçdə biri azalan “Sibur” və “Novatek”in Direktorlar Şurasının üzvü Gennadi Timçenko siyahıya rəhbərlik edir.

Bu barədə “Blumberq”in yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, ilin əvvəlindən “Novatek”in rəhbəri Leonid Mixelson 6.2, “Lukoyl”un prezidenti Vahid Ələkbərov 3.5 milyard dollar itirib.

Ümumilikdə Rusiyanın 23 ən varlı adamının sərvəti 375 milyard dollardan 343 milyard dollara düşüb.