Logo
news content
User
Kateqoriyalar

Xəbər

Obamanı görən qonaqlar Baydeni unutdular - Video

ABŞ-ın keçmiş Prezidenti Barak Obama son 5 ildə ilk dəfə olaraq Ağ Evə səfər edib.

Obama tədbirə qatılmaq üçün Ağ Evə gəldikdə qonaqların əksəriyyətinin diqqəti keçmiş Prezidentə yönəlib. Qonaqlar Obamanı dövrəyə alaraq onunla söhbət etməyə başlayıb. Bu səbəbdən də, Bayden bir müddət tək qalıb. O, otaqda var-gəl edərək nə edəcəyini bilməyib.

Həmin anın görüntüləri sosial şəbəkələrdə paylaşılıb və böyük maraqla qarşılanıb.