Logo
news content
User
Kateqoriyalar

Xəbər

O dünyadan qayıdanlar! “Azov” komandirləri Türkiyədə ailələri ilə görüşdülər - FOTOLAR/VİDEO

Ukrayna Prezidentinin xanımı Yelena Zelenskaya Türkiyəyə səfəri çərçivəsində “Azov” polkunun Rusiya əsirliyindən azad olunan komandirləri ilə görüşüb.

Bu barədə məlumatı Zelenskaya öz rəsmi tviter hesabında paylaşıb.

Onun sözlərinə görə, səfər çərçivəsində Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak sözügedən komandirlərlə ailələrinin görüşünü təşkil edib.

Görüşdə Yelena Zelenskaya da iştirak edib və ölkə Prezidenti Volodimir Zelenskinin salamlarını “Azov” döyüşçülərinə çatdırıb.

Xatırladaq ki, sentyabrın 21-i Rusiya və Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib. Bu zaman Ukrayna 200 ukraynalı döyüşçünü, elə də Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşən 10 əcnəbini əsirlikdən geri qaytarıb. “Azov” polkunun əsirlikdən azad edilən 5 komandiri müharibə bitənə qədər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi himayəsi altında saxlanılacaq.