Logo
news content
User
Kateqoriyalar

Xəbər

Nyu-York metrosunda atəş açılıb, 13 nəfər yaralanıb - FOTOLAR/VİDEO

Nyu-Yorkun “Sunset Park” metro stansiyasında atışma baş verib.

Hadisə nəticəsində ilkin məlumatlara görə, 13 nəfər yaralanıb. Onlardan ən azı birinin vəziyyətinin kritik olduğu bildirilir.

Nyu-York metrosunun Bruklin stansiyasında odlu silahla 13 nəfəri yaralayan şəxs qaradərili olub.

Şahidlərin sözlərinə görə, nəqliyyat idarəsi işçilərinin geyindiyi jiletdə olan kişi vaqona digər sərnişinlərlə mübahisə edib.

Sonra o vaqona tüstü bombası atıb və ardınca ətrafdakı insanlara atəş açıb. Polis hadisə yerində aktiv partlayıcı maddələrə rast gəlinmədiyini bildirir.

Şübhəli şəxs hələ də tapılmayıb, onun axtarışları davam etdirilir.