Logo
news content
User
Kateqoriyalar

Xəbər

Novruz gəlir, ay can, ay can...

Hər il ənənəvi olaraq Azərbaycanda Kənd Təsərrüfatı Nazirliyi Novruz bayramı ilə əlaqədar olaraq, “Kənddən Şəhərə” yarmarkaları təşkil olunur. Bu zaman Bakının müxtəlif rayonlarında metro stansiyaları yaxınlığında yarmarkalar, eləcə də Fəvvarələr meydanında Novruz sərgisi qurulur.

Maraqlıdır, bəs, bu il yarmarkalar nə zaman açılacaq?

Bakı Şəhər İcra Hakimiyyətindən Ednews-a verilən məlumata görə, Novruz yarmarkaları Operativ Qərargahın müvafiq qərarı olan kimi yarmarkalar təşkil olunacaq.

Məsələ ilə bağlı Ednews-a danışan Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Vüqar Hüseynov isə bildirib ki, bu bərədə ayın sonu ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, artıq fevralın 15-dən Fəvvarələr Meydanında Novruz sərgisi üçün hazırlıqlara start verilib. (Ednews)