Logo
news content
User
Kateqoriyalar

Xəbər

Növbə Papaya çatdı: Putindən cavab gözləyir...

Roma Papası Fransisk Ukraynada müharibənin dayandırılması üçün Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün müraciət edib.

Reuters“in xəbərinə görə, Papa Fransisk bu barədə İtaliyanın yerli “Corriere Della Sera” qəzetinə müsahibəsində bildirib.

O, müraciətlə bağlı heç bir cavab qəbul etmədiyini qeyd edib.

Eyni zamanda, Roma Papası vurğulayıb ki, Moskva və bütün Rusiyanın Patriarxı Kirill müharibəni dəstəkləməməlidir.