Logo
news content
User
Kateqoriyalar

Xəbər

Nobel Sülh Mükafatı üç yerə bölündü - Laureatlar/FOTO

Nobel Sülh Mükafatının laureatları məlum olub. Builki laureatlar bir hüquq müdafiəçisi və iki təşkilatdır.

Bu barədə Nobel komitəsinin “Twitter” hesabında məlumat verilib.

Bildirilir ki, belaruslu Ales Belyatski, Rusiyanın “Memorial” və Ukraynanın “Vətəndaş Azadlığı Mərkəzi” təşkilatları “ölkələrində vətəndaş cəmiyyətini təmsil etdiklərinə görə” 2022-ci ilin Nobel Sülh Mükafatına layiq görülüblər.

Xatırladaq ki, oktyabrın 3-də Nobel mükafatının təqdimat mərasimi keçirilib. Artıq “Fiziologiya və ya tibb”, Fizika, Kimya və Ədəbiyyat üzrə Nobel Mükafatı laureatlarının adları açıqlanıb.