Logo
news content
User
Kateqoriyalar

Xəbər

Nikola Sarkozi həbsxanaya aparılıb

Fransanın sabiq prezidenti Nikola Sarkozi evini tərk edib.

BFM TV-ə xəbər verir ki, o, həyat yoldaşı Karla Bruni ilə birlikdə evinin qarşısında toplaşan tərəfdarlarını salamlayıb.

Daha sonra Sarkozi La Sante onu həbsxanaya aparacaq avtomobilə əyləşib.

Sarkozi Fransanın müharibədən sonrakı tarixində həbs olunan ilk prezident olacaq. Belə ki, sentyabrın 25-də sabiq dövlət başçısı korrupsiyada ittiham olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib.