Logo
news content
User
Kateqoriyalar

Xəbər

Nikol Paşinyan Anna Akopyanla rəsmən evlənib

Anna Akopyan Ermənistanın Baş naziri Nikol Paşinyanla vətəndaş nikahının başa çatdığını açıqlayıb.

O, bu barədə "Facebook"da yazıb.

"Əziz həmvətənlər, bildirirəm ki, Ermənistanın Baş naziri Nikol Paşinyanla vətəndaş nikahım başa çatıb. Hamıdan bu mövzunu müzakirə edərkən təmkinli və nəzakətli olmağı xahiş edirəm", - o bildirib.

A.Akopyan digər təfərrüatları açıqlamayıb, lakin hökumətyönümlü "Telegram" kanalları yazır ki, Paşinyan və Akopyan münasibətlərini VVAQ şöbəsində rəsmiləşdiriblər.

Paşinyan və Akopyanın dörd övladı - üç qızı və bir oğlu var.