Nigeriyada silahlılar azı 162 nəfəri öldürüb
05 Fevral 2026
Nigeriyanın qərbindəki Kvara ştatının Voro kəndinə silahlıların hücumu nəticəsində azı 162 nəfər ölüb.
Bu barədə "The Guardian" məlumat yayıb.
"Məlumatlara görə, hazırda ölənlərin sayı 162 nəfər təşkil edir. Meyitlərin axtarışı davam edir", - deyə Beynəlxalq Qırmızı Xaç Komitəsinin yerli bölməsinin katibi Babaomo Ayodeci bildirib.
Nigeriya polisi hücum faktını təsdiqləyib, lakin qurbanlar barədə məlumat verməyib. Silahlılar fevralın 3-ü axşam saatlarında Voro kəndinə hücum edib, yerli mağazaları və digər obyektləri yandırıblar.