Logo
news content
User
Kateqoriyalar

Xəbər

Netanyahunun oğlu təcili şəkildə ABŞ-dan İsrailə təxliyə edilib

İsrail Baş Təhlükəsizlik Xidməti (ŞABAK) Baş nazir Benyamin Netanyahunun oğlu Yair Netanyahunun ABŞ-dan İsrailə təcili təxliyə edildiyini açıqlayıb.

Bu barədə “The Jerusalem Post” məlumat yayıb.

Məlumata görə, Yair Netanyahunun həyatına qarşı ciddi təhlükə yaranıb və təhlükəsizlik qiymətləndirməsindən sonra onun mühafizəçilərlə birlikdə Floridadan İsrailə qayıtmasına qərar verilib.

Yairin Floridadan heç bir əşyasını götürmədən ayrıldığı bildirilir.