Nəsrin Cavadzadə “Daha On Yedi” sirli adı olan serialda
07 Fevral 2026
Nəsrin Cavadzadə yeni serialda baş rolu canlandıracaq.
“Zerkalo”nun məlumatına görə, milliyyətcə azərbaycanlı olan türkiyəli aktrisa Nəsrin Cavadzadə “Daha On Yedi” adlı serialda baş rola dəvət alıb. Aktrisa layihədə Şəbnəm obrazını canlandıracaq.
Türkiyə mediası yazır ki, “personajın dərinliyi və süjetin əhəmiyyəti nəzərə alınarsa, aktrisanın ifası indidən maraq doğurur”.
Layihənin rejissoru Əmrə Kabakuşakdır. Ssenari Redifə Zenerər və Gökhan Korkusuz tərəfindən qələmə alınıb. Güclü yaradıcı heyət layihəyə olan gözləntiləri daha da artırır.
Serial Kanal D üçün “Pastel Film” prodüser şirkəti tərəfindən çəkilir.
Hazırlıq mərhələsində olan serialda digər baş rolların ifaçılarının adları hələ açıqlanmayıb. Yaxın günlərdə aktyor heyətinin tam formalaşacağı gözlənilir.
Məlumata görə, serialın çəkilişləri Bodrumda aparılacaq.