Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Neftçi” və “Kəpəz”dən 3 qollu qələbə - VİDEO

Azərbaycan Premyer Liqasının XII turu çərçivəsində daha iki oyun keçirilib.

Günün ilk matçı Gəncədə yerli "Kəpəz"lə "Səbail" arasında baş tutub. Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 36 və 66-cı dəqiqələrdə Abdullahi Şuaybu, 84-cü dəqiqədə isə Fərid Nəbiyev vurub.

Günün digər matçında “Neftçi” səfərdə “Zirə” ilə qarşılaşıb. Görüş qonaqların darmadağını ilə yekunlaşıb. “Ağ-qaralar” rəqibini 3 cavabsız qolla məğlub edib. Qolları 6-cı dəqiqədə Yeqor Boqomolski, 76-cı dəqiqədə Qodsvey Donyo, 83-cü dəqiqədə isə Emin Mahmudov vurub.

Qeyd edək ki, turun dünən keçirilən açılış oyununda isə “Turan Tovuz” evdə “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib. Tura oktyabrın 30-da keçiriləcək “Şamaxı” - “Qarabağ” və “Sabah” - “Qəbələ” oyunları ilə yekun vurulacaq.

https://www.youtube.com/watch?v=UOzN295XwEc

https://www.youtube.com/watch?v=PQKEwiBRGZQ&t=2s