Logo
news content
User
Kateqoriyalar

Xəbər

Neft quyularından dollar fontanı

“Brent” markalı neftin qiymətinin 2014-cü ilin oktyabr ayından sonra ilk dəfə 87 ABŞ dolları ötməsindən sonra bazarda potensial neft çatışmazlığı səbəbindən “qara qızıl”ın qiyməti artmaqda davam edir.

Şimal dənizində hasil olunan “Brent” neftinin mart fyuçersləri 1,53% bahalaşaraq, 1 bareli 87,80 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 1,94% artaraq, 1 bareli 85,45 ABŞ dolları təşkil edib.

İnvestorların neftin tələb və təklif balansını qiymətləndirməsi neft bazarında müsbət dinamikanın müşahidə olunmasını şərtləndirir.

Analitiklər hesab edirlər ki, “Omikron” ştamının tələbə gözlənildən az təsir göstərməsi inanılmaz dərəcədə böyük çatışmazlığın hiss olunmasına səbəb olub.

İnvestorlar həmçinin Əbu-Dabidən gələn xəbərləri də qiymətləndirirlər. Belə ki, 3 neft çəninin partlaması bazarda gərginliyi artırıb.

Bundan başqa, treyderlər OPEC-in hesabatının dərc olunmasını gözləyirlər.

Bu arada dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti də artıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,72 ABŞ dolları və ya 0,81% artaraq 89,84 dollar təşkil edib.