Logo
news content
User
Kateqoriyalar

Xəbər

Nəcməddin Sadıkov Bakıda qəza törətdi - FOTO

Azərbaycan Silahlı Qüvvələrinin sabiq Qərargah rəisi, ehtiyatda olan general-polkovnik Nəcməddin Sadıkov Bakıda qəza törədib.

Hadisə dünən Mikayıl Müşfiq küçəsi 10-da baş verib.

Belə ki, “Land Cruiser” markalı, 90 AS 020 nömrəli avtomobili idarə edən N. Sadıkov qarşıdakı “Toyota Prius” markalı maşını vurub.

Həmin avtomobil də qabağındakı digər maşına çırpılıb. Hadisə yerinə Dövlət Yol Polis İdarəsinin əməkdaşları gəlib.

N. Sadıkov sonradan hadisə yerinə öz köməkçisini çağırıb. Şahidlərin sözlərinə görə, o, maşından 10 min dollar pul götürərək köməkçisinə uzadıb və dəyən ziyanın ödənilməsi ilə bağlı tapşırıq verib. (Bakupost.az)