Logo
news content
User
Kateqoriyalar

Xəbər

Nə bayraq, nə himn - Rusiyaya bu da qadağandır

Beynəlxalq Futbol Federasiyası Assosiasiyası (FİFA) Rusiya Futbol İttifaqının komandalarının iştirak etdiyi beynəlxalq oyunlarda bu ölkənin bayrağı və dövlət himninin istifadəsini qadağan edib.

Bu barədə xarici KİV xəbər verir. Qeyd edilir ki, indi Rusiyanın futbol komandası oyunlarda neytral statusda iştirak edə biləcək.

Federasiya həmçinin Rusiyada milli komandaların futbol oyunlarına qadağa qoyub və Rusiya millisi ev oyunlarını neytral meydanda və tamaşaçısız keçirəcək. FİFA Rusiya komandasının yarışlarda iştirakının mümkün dayandırılması da daxil olmaqla əlavə sanksiyaların müəyyən edilməsi üçün Beynəlxalq Olimpiya Komitəsi və UEFA ilə dialoqu davam etdirəcəyini bildirib.