Logo
news content
User
Kateqoriyalar

Xəbər

Naxçıvanın fövqəladə hallar naziri işdən çıxarılıb, yeni təyin olunan nazir kimdir? - FOTO

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri işdən çıxarılıb.

APA xəbər verir ki, general-leytenant Şamı Abdullayev vəzifəsindən azad olunub.

Onun yerinə artıq təyinat olub. Polkovnik Şahin Mirzəyev Naxçıvan MR fövqəladə hallar naziri təyin edilib.

Yeni nazir bu vəzifəyə təyin edilənədək Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi vəzifəsini tutub. O, Şimal bölgəsindəki meşə yanğınları, Tufandağda itkin düşən alpinistlərin axtarışları və digər hadisələrlə bağlı axtarış-xilasetmə tədbirlərində yaxından iştirak edib.

Qeyd edək ki, yeni naziri kollektivə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov təqdim edib.