Logo
news content
User
Kateqoriyalar

Xəbər

NATO “Şimal axını”ndakı qəzaları təxribat adlandırdı, Rusiya ABŞ-ı ittiham etdi

“NATO “Şimal axını” qaz kəmərlərində baş verən sızmanın təxribat nəticəsində baş verdiyini hesab edir”.

Bu barədə NATO-nun yaydığı bəyanatda qeyd olunub.

Bildirilir ki, alyans ölkələrinin vacib infrastrukturuna edilən istənilən hücuma qətiyyətli cavab veriləcək.

“NATO məsələ ilə bağlı araşdırmanın aparılmasını dəstəkləyir”, - deyə bəyanatda qeyd olunub.

Rusiya Xarici İşlər Nazirliyi isə “Şimal axını”nda baş verən qəzaya görə ABŞ-ı iitiham edib.

TASS xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, qəzalar ABŞ kəşfiyyat xidmətlərinin nəzarətində olan ölkələrin sularında baş verib.

Xatırladaq ki, bir neçə gün əvvəl “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində 3 yerdə sızma halı qeydə alınıb. Bu gün isə İsveçin Sahil Mühafizə Xidməti qaz kəmərlərində dördüncü sızma halını qeydə alıb. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell sözügedən qaz kəmərlərində qeydə alınan sızmanın qəsdən törədilmiş əməllərin nəticəsi olduğunu iddia edib.