Logo
news content
User
Kateqoriyalar

Xəbər

NATO-nun xüsusi nümayəndəsi Türkiyə və Ermənistana çağırış edib

“NATO Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir”.

“Aysor” nəşri xəbər verir ki, bunu NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina tviter səhifəsində yazıb.

“NATO regionda sabitliyin yaranmasına yardım edəcək Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir. Biz Ankara və İrəvanı bu istiqamətdə səyləri artırmağa çağırırıq”, - o, bildirib.

Qeyd edək ki, yanvarın 14-də Rusiyanın paytaxı Moskva şəhərində Türkiyənin xüsusi nümayəndəsi SƏrdar Kılıcla, Ermənistan təmsilçisi Ruben Rubenyan arasında ilk görüş keçirilib.(Report)