Logo
news content
User
Kateqoriyalar

Xəbər

NATO-nun qış hərbi təlimləri başlayıb

Estoniyada NATO-nun qış hərbi təlimləri başlayıb.

Bu barədə Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təlimdə təxminən, 1400 Britaniya, Fransa və Estoniya hərbçisi iştirak edir.

Qeyd olunub ki, təlimlər fevralın 6-dək davam edəcək.