Logo
news content
User
Kateqoriyalar

Xəbər

NATO-nun müharibəyə qoşulması...

“Kütləvi qırğın silahlarından istifadə olunacağı təqdirdə NATO Ukraynadakı münaqişədə iştirak məsələsini müzakirə edəcək”.

Xarici media xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda bildirib.



Onun sözlərinə görə, NATO-ya üzv ölkələrin liderləri Rusiya tərəfinin Ukraynada kütləvi qırğın silahlarından (KQS) istifadə edəcəyi təqdirdə alyansın gələcək hərəkətlərini və Ukrayna münaqişəsində iştirakını müzakirə etməli olacaqlar:

“Əgər siz məndən Rusiya Prezidenti Vladimir Putinin kimyəvi silahdan istifadə edə biləcəyini soruşsanız, məncə, Putin indi hər şeydən istifadə edə bilər, xüsusən də belə çətin vəziyyətdə. Əgər o kütləvi qırğın silahlarından istifadə edirsə, bu, hər şeyi dəyişəcək”.

Qeyd edək ki, undan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın kimyəvi silahlarla əməliyyatlar planlaşdırmaqda şübhəli olduğunu bildirmişdi.