Logo
news content
User
Kateqoriyalar

Xəbər

NATO Baş katibindən çağırış: "Silah anbarlarınızı təcili doldurun"

NATO Baş katibi Yens Stoltenberq Ukraynada müharibənin təsirləri, müttəfiqlərin imkan və silah ehtiyatları mövzusunda fövqəladə toplantıya çağırıb.

“Anadolu” agentliyi xəbər verir ki, Stoltenberq NATO-nun silah ehtiyatlarını genişləndirməyin Ukraynaya dəstəyi davam etdirməyə imkan verəcəyini bildirib.

Y.Stoltenberq bunun üçün birgə çalışmağın və müdafiə sənayesinin vacibliyinə diqqət çəkib.

Bundan başqa, toplantıda müttəfiqlərin ehtiyatlarındakı boşluqlar və  bunların necə doldurulması ilə bağlı məsələ müzakirə olunub.