Logo
news content
User
Kateqoriyalar

Xəbər

NATO baş katibi: "Ukrayna müharibəsinin 1 milyondan çox qurbanı var"

“Ukraynadakı münaqişə zamanı ən azı 1 milyon insan ölüb və ya yaralanıb”.

Bu barədə Brüsseldə keçirilən konfransda çıxışı zamanı NATO-nun baş katibi Mark Rutte bildirib.

“Hər gün bu münaqişə daha çox dağıntı və ölüm gətirir. Ukraynada hər həftə hər tərəfdən 10 mindən çox insan ölür və ya yaralanır. 2022-ci ilin fevralından bəri 1 milyondan çox qurban var ”, - deyə o qeyd edib.

O, həmçinin bildirib ki, alyansın fəaliyyət göstərmədiyi bir çox hallar olub.