Logo
news content
User
Kateqoriyalar

Xəbər

Narek Karapetyana Ermənistandan çıxmaq qadağan edilib

Müxalif "Güclü Ermənistan" partiyasının liderlərindən biri olan Narek Karapetyana ölkədən çıxmaq qadağan edilib.

Bu barədə ölkənin Baş Prokurorluğuna istinadən Ermənistan mediası məlumat yayıb.

Onun barəsində həmçinin digər qətimkan tədbiri – 1 milyard dram (2,6 milyon dollar) məbləğində girov da tətbiq edilib.

Ermənistan Mərkəzi Seçki Komissiyası Baş Prokurorluğun seçilmiş deputatın azadlıqdan məhrum edilməsinə razılıq verilməsini tələb etdiyi vəsatətini geri qaytarıb.

Daha əvvəl Baş Prokurorluq Karapetyana qarşı ictimai cinayət təqibinə başlamışdı. İş "Güclü Ermənistan" bloku liderinin tərəfdaşı Alik Aleksanyanın həbs edildiyi cinayət icraatı ilə əlaqədardır.