Logo
news content
User
Kateqoriyalar

Xəbər

Nardaranda fəhlələr arasında dava ölümlə nəticələndi - Pul məsələsi

Bakıda fəhlə iş yoldaşını itələyərək ölməsinə səbəb olub.

İyulun 6-da Nardaran qəsəbəsindəki fərdi evdə fəhlə işləyən Vasif Bayramovun xəsarət alması və aldığı xəsarətlərdən iyulun 10-da xəstəxanada ölməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişlə bir yerdə fəhlə işləyən Əlvan Hüseynov Vasif Bayramovu itələyib, sonuncu yerə yıxılaraq başının daşa dəyməsi nəticəsində aldığı xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanıb. Əlvan Hüseynov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq davam etdirilir.

Onların mübahisəsi əməkhaqqını bölüşmək üstündə baş verib.