Müttəfiqlər Ukraynaya 35 milyard dollarlıq hərbi yardım göstərməyə razılaşıblar
13 Fevral 2026
Ukraynanın tərəfdaşları ölkənin müdafiəsi məsələsi üzrə təmas qrupu ("Ramştayn" formatı) çərçivəsində Kiyevə 35 milyard dollar məbləğində əlavə hərbi yardım göndərməyə razılaşıblar.
Bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili Brüsseldə keçirilən mətbuat konfransında bildirib.
Qeyd edək ki, tədbir NATO-nun qərargahında baş tutub, burada Hili alman həmkarı Boris Pistoriusla birgə sədrlik edib.