Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müsavat Partiyası seçki pozuntuları olduğunu deyir

Müsavat Partiyasının Seçki qərargahına seçki gününün ilk saatlarından qanun pozuntuları barədə məlumatlar da daxil olur. 

Hələlik əsas problemlər müşahidəçilərimiz və “karusel” əməliyyatları ilə bağlıdır. 

8 saylı Binəqədi birinci seçki dairəsinin bəzi məntəqələrində müşahidəçilərin məntəqələrə biraxılması ilə bağlı problemlər yaradılıb. İndi məlumat aldıq ki, 8 saylı dairənin 12 saylı məntəqəsində seçki prosesinə heç bir müdaxiləsi olmadığına baxmayaraq Müsavatdan olan müşahidəçi polis tərəfindən saxlanılaraq polis idarəsinə aparılır. 

21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 26 saylı məntəqəsində “karusel” əməliyyatını qeydə alan müsavatçı Cəmaləddin Heybətə təziq edilir. 

31 saylı Suraxanı ikinci seçki dairəsində Müsavat Partiyasından deputatlığa namizəd Ərzulla Bulud “karusel” əməliyyatı həyata keçirən 
qrupun bir-neçə məntəqədə səs vermək cəhdlərini qeydə alıb.