Müsavat Partiyası parlament seçkilərində iştirak edəcək
05 İyul 2024
Müsavat Partiyası sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirak edəcək. Bu qərar Partiya Məclisinin bugünkü ilcasında qərara alınıb.
Partiyanın seçki qərargahı yaradılıb, qəragaha Məclis sədri Arif Hacılı rəhbərlik edəcək.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Turan-a bildirib ki, Məclis sessiyasında 51 üzv seçkilərdə iştirakın lehinə, 19-u əleyhinə çıxış edib, ikisi bitərəf qalıb.
"Müsavat demokratik partiyadır və orada qərarlar demokratik əsaslarla qəbul edilir. İclasda Məclisin 14 üzvü çıxış etdi. Seçkilərdə iştirak edib-etməməklə bağlı müxtəlif fikirlər oldu. Lakin sonda səs çoxluğu ilə qərar qəbul edildi. Məclis deputatlığa namizədlərin irəli sürülməsi səlahiyyətini partiya Divanına həvalə etdi", - Gülağa Aslanlı deyib.