Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müharibənin Ukraynaya vurduğu ziyan açıqlandı: Söhbət çox böyük rəqəmdən gedir...

“Hərbi əməliyyatlar başlayandan ölkə iqtisadiyyatına dəyən ziyan iyunun əvvəlində 350 milyard dollar idisə, indi 700 milyard dolları ötür”.

Bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib.

O bildirib ki, hazırda Ukraynada Dünya Bankı ilə birlikdə bərpa üçün ehtiyacların yoxlanılması planlaşdırılır:

“Buna görə 2023-cü ilin dövlət büdcəsində binaların, mühüm infrastruktur obyektlərinin tikintisi və təmiri, müvəqqəti məcburi köçkünlərin mənzillə təminatı üçün 966 milyon dollar nəzərdə tutulub”.