Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müharibənin öz alveri var: Gəmi və ya təyyarə gətir, bir milyon dollar al

Ukrayna Ali Radası Rusiya ordusunun istifadəyə yararlı hərbi texnikasının Ukrayna Silahlı Qüvvələrinə könüllü təhvil verilməsinə görə pul mükafatı haqqında qanunu (№ 7229) qəbul edib.

Deputatlar bu addımla düşmənin döyüş potensialını azaltmaq və Rusiya güc strukturlarını hərbi texnikanı könüllü təslim etməyə sövq etmək istəyirlər.

Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçuları, eləcə də mülki şəxslər üçün də müvafiq pul kompensasiyası nəzərdə tutulub.

Mükafatın məbləği hərbi texnikanın növündən asılı olacaq:

  • 1-ci və ya 2-ci dərəcəli gəmi üçün - 1 milyon dollar;

  • qırıcı və ya hücum tipli təyyarəsi üçün - 1 milyon dollar;

  • 3-cü və ya 4-cü dərəcəli gəmi üçün - 0,5 milyon dollar;

  • döyüş helikopteri üçün - 0,5 milyon dollar;

  • hərbi (köməkçi) təminat gəmisi üçün - 200 min dollar;

  • tank, özüyeriyən artilleriya üçün - 100 min dollar;

  • piyadaların döyüş maşını (desant), zirehli transportyor, zirehli kəşfiyyat və patrul maşını üçün - 50 min dollar;

  • kiçik ölçülü döyüş (kəşfiyyat) gəmisi üçün - 50 min dollar;

  • reaktiv raket qurğuları üçün - 25-35 min dollar;

  • hərbi maşın/qoşqu/kəşfiyyat üçün mühəndis maşını və s. - 10 min dollar.