Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müharibədə zərər görən ukraynalı uşaqların sayı açıqlandı

Ukrayna-Rusiya müharibəsində indiyə kimi Ukrayna tərəfindən 279 uşaq itkin düşüb.

Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, noyabrın 12-nə olan məlumata görə, 279 uçaq itkin düşüb, 11028-i deportasiya edilib, 7460-ı tapılıb, 96-sı geri qaytarılıb.

Məlumata əsasən, müharibə nəticəsində 430 uşaq ölüb, 829 uşaq isə yaralanıb.

Qeyd edək ki, ümumilikdə müharibədən 1229 ukraynalı uşaq zərər görüb.