Müharibə zamanı bir ifadəsi ilə məşhurlaşan gəncəli vəfat edib
25 Dekabr 2022
44 günlük Vətən müharibəsində işlətdiyi bir cümlə ilə gündəmə gələn Gəncə sakini Tarıyel Şahverdiyev vəfat edib.
60 yaşlı T.Şahverdiyev ötən gecə ürək tutmasından dünyasını dəyişib. O, bir ay əvvəl ürəyindən əməliyyat olunmuşdu.
Tarıyel Şahverdiyev ermənilərin müharibə dövründə Gəncəyə raket atmasından sonra yerli sakinlərin qorxmadığını “Azərbaycan xalqı qan görəndə qorxmuyor, “naoborot” qızışıyor” cümləsi ilə ifadə etmiş və bunun sayəsində məşhurlaşmışdı.
T.Şahverdiyev köhnə döyüşçü, Qarabağ qazisidir. 1991-ci ildə könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə yollanan Şahverdiyev həmin vaxt ayağından və ürək nahiyəsindən güllə yarası alıb. Ürək nahiyəsindən dəyən gülləni çıxarmaq mümkün olmayıb.
Qeyd edək ki, T.Şahverdiyev təqaüddə olan polis mayoru idi.