Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müharibə yenidən başlasa, İran ABŞ-ın Avropadakı bazalarına zərbə endirəcək

İran ABŞ prezidenti Donald Trampın ölkəyə qarşı yeni hərbi əməliyyatlara başlaması halında Avropadakı ABŞ hərbi bazalarına və digər obyektlərinə zərbə endirə bilər.

"The Times” qəzetinin yazdığına görə, mümkün hədəflər arasında Böyük Britaniya, Almaniya, İtaliya və Portuqaliyadakı ABŞ hərbi obyektləri də var.

İran rəsmiləri həmçinin sualtı internet kabellərinin də hədəfə alına biləcəyini bildiriblər.

Qərb təhlükəsizlik rəsmiləri hesab edirlər ki, İranın raketləri Avropadakı bir çox hərbi bazaya çatmaya bilər. Lakin Tehran hücumlar həyata keçirmək üçün özünə bağlı silahlı qruplardan və cinayətkar şəbəkələrdən istifadə edə, həmçinin kiberhücumlara və terror əməliyyatlarına əl ata bilər.

Potensial hədəflər arasında ABŞ və İsrail diplomatları, hərbi obyektlər və yəhudi icma mərkəzləri də göstərilir.

Məlumata görə, ABŞ və İsrail mümkün yeni hücumlara hazırlaşır. Vaşinqton regionda raketdən müdafiə sistemlərini gücləndirir və Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmisini göndərir.

Qətər, Türkiyə və Pakistan iyun ayında əldə olunmuş atəşkəs razılaşmasını bərpa etmək üçün diplomatik səylərini davam etdirirlər.

Tehran isə danışıqların nəticəsinin ABŞ-ın sanksiyaların ləğvi də daxil olmaqla, İranın şərtlərini qəbul etməsindən asılı olduğunu bildirir.